Magazin1
Xalq artisti TƏBİB-i SƏRT TƏNQİD ETDİ: Nə vaxta kimi...
Xalq artisti Tünzalə Ağayeva qadağalarla bağlı TƏBİB-ə müraciət edib.
Publika.az xəbər verir ki, tanınmış müğənni feysbuk səhifəsində qurumu tənqid edib və bu sözləri yazıb:
Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal “kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə Mədəniyyət, İncəsənət Sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım ki, təəssüf ki əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir. Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək və bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər. Bununla Musiqi Mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən olduqca yalnış bir təsəvvür var Azərbaycan tanınmışları haqqında.
Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məhşurlaşmaq, bəli, çox yaxşı qazanmaq deməkdir - albom, konsert satışı, internetdə rəqəmsal ticarət müəllif hüquqlarından gələn gəlir həmin məhşurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da yoxdur hələlik, təəssüf. Bizdə məhşur musiqiçi və artist olmaq iş adamı demək deyil - o, Allahın verdiyi səs telləri , istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən, 100 % durğunluq içindədir. Bu vəziyyət Musiqi Mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır".
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ