• USD 1,7000 0,00% EUR 2,0327 -0,77%
    • GBP 2,3622 -0,31% RUB 0,0228 -0,88%

Xalq artisti Sevilin intiharı ilə bağlı GÖRÜN NƏLƏR YAZDI

  • Magazin1
  • 22 Fevral 2021 11:37
  • 3 502 Baxış
Xalq artisti Sevilin intiharı ilə bağlı GÖRÜN NƏLƏR YAZDI

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

Publika.az xəbər verir ki, müğənni feysbukda paylaşdığı postda cəmiyyətdə gördüyü nöqsanları ifadə edib:

"Nə kimi əməlisalehlik etmişsiniz bu həyatda?

• Həddi-büluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyərək bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi gözü dikib, "haramla yığıb da!" dediniz.
• Qız uşağı doğulmasın deyə nəsilliklə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR