Türkiyəli məşhurun oğlu Qarabağ haqqında film çəkəcək - FOTO
Bizi izləyin

Magazin1

Türkiyəli məşhurun oğlu Qarabağ haqqında film çəkəcək - FOTO

TRT Türkiyə Radio-Televiziya Qurumu ilə Azərbaycan Televiziyasının birgə “Qarabağ haqqında sənədli film” layihəsi hazırlanır.

Publika.az xəbər verir ki, sözügedən layihədə qardaş ölkənin tanınmış ulduzları rol alacaq. Bu barədə müğənni Natavan Həbibi məlumat verib.

O bildirib ki, “Kuruluş Osman”, “Kurtlar Vadisi Pusu”, “Acı Hayat”, “Deli Yürek” və s. seriallarda yaddaqalan obrazlar ifa edən Ahmet Yenilmez komandası ilə birgə Azərbaycana dəvət olunub.

Fəxri xiyabanı ziyarət edən Yenilmez Türkiyə-Azərbaycan birliyinin dünyada və regionda böyük əhəmiyyətə malik olduğunu, vətənimizə heyran qaldığını deyib.

Ekran işinin rejissorluğunu Ahmet Yenilmezin oğlu - Burak Alp Yenilmez edəcək.

Layihənin əsas məqsədi 30 il ərzində Qarabağda nələrin dəyişdiyini göstərmək, işğaldan zərər görmüş, vətənini və doğmalarını itirmiş şəxslərin zəfər sonrası xoşbəxtliyini, gələcək planlarını və geri dönüş xəyallarını işıqlandırmaqdır.

Çəkilişlər Bakı, Gəncə və Kəlbəcərdə baş tutacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm