Nailə İslamzadə ana obrazında - VİDEO
Bizi izləyin

Magazin1

Nailə İslamzadə ana obrazında - VİDEO

Əməkdar artist Nailə İslamzadə və müğənni Rəsul Əfəndiyev “Ana” adlı layihədə bir araya gəliblər.

Publika.az xəbər verir ki, tanınmış ifaçı sözləri Rafael Qafarova, musiqisi Fərid Kərimliyə məxsus bəstəni ekranlaşdırmaq üçün teleaparıcı ilə kamera qarşısına keçib.

Klipin quruluçu rejissoru və ssenaristi Rüfət Şahbazov, prodüseri Azər Kərimov, layihə rəhbəri Kənan Bayramovdur.

Baş qəhrəmanların obrazları üzərində tanınmış modelyer Afaq İsmayılzadə çalışıb.

Mahnıda yer alan kamançanı Əməkdar artist Elnur Kərimov, udu Kənan Tərlanoğlu, balabanı Nurlan Bəkirov ifa edib.

Ekran işi 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr edilib.

R. Əfəndiyev “Başda analar olmaqla bütün xanımların özəl gününü ürəkdən təbrik edirəm”,- deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm