Aynişanı Çingiz Mustafayev sakitləşdirdi - VİDEO
Bizi izləyin

Magazin1

Aynişanı Çingiz Mustafayev sakitləşdirdi - VİDEO

Qadınlar üçün edilə biləcək üç şey var: onu sevmək, onun üçün əzab çəkmək və ya onu ədəbiyyata çevirmək. Qadınlar sevmək üçün yaradılıb. Qadınlar elə bir mövzudur ki, onu nə qədər incələyib, analiz etsən də hər zaman yenidir. Qadınlar haqqında nə qədər kitablar yazılsa, mahnılar bəstələnsə, filmlər çəkilsə də əbəsdir. Qadın sonsuz bir dünyadır!

Publika.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev bloger Aynişan Quliyeva ilə birlikdə çəkildiyi “Dəyməz” adlı yeni klipi haqqında danışarkən deyib. Qadınlara həsr etdiyi yeni layihəsini dünən təqdim edən ulduz onları üzülən və ağlayan görmək istəmədiyini deyib:

“Sizə ağlamaq, üzülmək yaraşmır! Sizlərə xoşbəxt olmaq yaraşır! Sizə güclü olmaq yaraşır! Siz kişilər olmadan da öz ayaqlarınız üzərində durmağı, əlçatmaz görünən məqsədlərinizi fəth edə bilərsiniz, bacarırsınız. Simanızdan heç bir zaman təbəssüm, həyatınızdan uğur və xoşbəxtlik əksik olmasın.

Bu dəfə klip çəkilişini öz dostuma həvalə etdim. Öz aktrisalıq bacarıqlarını sərgiləyən, klipimizə rəng qatan dostum Aynişan Quliyeva ilə Əkbər Ələkbərova təşəkkürümü bildirirəm”.

Musiqi və sözləri özünə aid olan mahnının klipində Çingiz barmen rolunda çəkilib. Aynişan isə sevgilisindən ayrılan obrazı canlandırıb. Aynişanın ağladığı səhnələr xüsusilə diqqət çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm