Samirə Əfəndi mahnısı ilə ilk uğura imza atdı - VİDEO
Bizi izləyin

Magazin1

Samirə Əfəndi mahnısı ilə ilk uğura imza atdı - VİDEO

"Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Əfəndinin "Marta Hari" ilk uğurunu qazanıb.

Publika.az xəbər verir ki, mahnının klipinin izlənmə sayı "YouTube"da 1 milyonu keçib. Samirə klipini izləyən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, klipdə S.Əfəndi kurtizanka, rəqqasə və casus Mata Hari obrazında görünüb.

Xatırladaq ki, "Mata Hari" mahnısının müəllifi və prodüseri Hollandiya triosu – Emi van der Uel, Luk van Birs və Toni Kornelissendir. Mahnı müsabiqəsi Rotterdamda "Ahoy Rotterdam" konsert zalında mayın 18-dən 22-nə kimi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm