Roza Zərgərli "Я влюбилась" dedi - VİDEO
Bizi izləyin

Magazin1

Roza Zərgərli "Я влюбилась" dedi - VİDEO

Müğənni Roza Zərgərli "Я влюбилась" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Publika.az xəbər verir ki, ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Bəstənin sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi Sevinc Tofiqqızına məxsusdur.

R.Zərgərli yeni işindən danışarkən bildirib ki, klipdə peşəkar aktyorlara müraciət etməyib: "Mahnı 2 il yarım bundan əvvəl yazılıb. Qazaxıstanın Karaqanda şəhərində keçirilən bir festivalda rus dilində mahnı lazım idi, mən də "Я влюбилась"ı seçdim. Bu yaxınlarda qərara gəldim ki, mahnını yeni aranjimanda hazırlayım. Givi Usenaşvili mahnını yeni formada təhvil verdi. Bu il "Nizami Gəncəvi İli"dir. Ona görə də çəkiliş məkanı kimi Nizami küçəsini seçdik. Klipdə sevginin hər növünü göstərmək istədik. Burada tək qadın-kişi sevgisindən söz getmir. Eyni zamanda, ana-övlad sevgisi, vətənə, heyvana olan sevgi də əks olunub. İkinci Vətən müharibəsinin iştirakçısı, qazimiz Pərvin Abdullayev də "Я влюбилась"da rol alıb. Bəzi kadrlarımız isə real həyatda yaşanan hadisələr olub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm