Röya "Qəribə dünya"nı təqdim etdi - VİDEO
Bizi izləyin

Magazin1

Röya "Qəribə dünya"nı təqdim etdi - VİDEO

Xalq artisti Röya Ayxan "Qəribə dünya" adlı yeni klipini təqdim edib.

Publika.az xəbər verir ki, ekran işi ötən ilin yazında sərt qapanmalar zamanı Bakı küçələrində çəkilib.

R.Ayxan klipi və yeni mahnısı barədə bunları deyib: "5 ildir bu mahnının üzərində çalışırıq. Sonuncu dəfə dünən gecə mahnıda dəyişiklik edilib. İlk dəfə səhnəyə çıxdığım gün kimi həyəcanlıyam. Cəmi 5 nəfərə icazə aldıq. Bomboş küçələrdə çəkilişlərdə 5 nəfər, bir də polislər var idi. Bakını ilk dəfə idi belə görürdüm. Çox ağır idi bunu görmək".

Mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur.

Layihənin rejissoru Əli Fərhad, prodüseri Vüsal Rzazadədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm