"Başını sal aşağı, balalarını böyüt" - Nadirdən Rəqsanəyə DƏSTƏK
Bizi izləyin

Magazin1

"Başını sal aşağı, balalarını böyüt" - Nadirdən Rəqsanəyə DƏSTƏK

Artıq bir neçə gündür ki, Rəqsanə İsmayılova ilə müğənnilər arasında qalmaqal davam edir.

Publika.az xəbər verir ki, mövzuya müğənni Nadir Qafarzadə də münasibət bildirib.

O, sosial media hesabında Rəqsanənin fotosunu paylaşaraq bu sözləri qeyd edib: "Başı bəlalı Rəqsanə. Sən, əslində pis adam deyilsən! Başını sal aşağı, balalarını böyüt. Uğurlar, sənə. Bu, qızın üstünə çox getməyin, ey insanlar. Bir Rəqsanəmiz var, olduğu kimi də qəbul edin, onu. O, qadindir, anadir, övladdır və həyat yoldaşıdır."

Rəqsanə isə Nadirin dediklərinə İnstaqramda paylaşım edərək cavab verib və ona təşəkkür edib: "Can. Sən var olasan. Mən pis adam ola da bilmərəm. O ki, qaldı kiminsə nəsə danışmağı. Mənim üçün arı kim “vızıldayar” gedər. Vəssalam. Mənim üstümə isə gəlmək kiminsə başı üçün deyil. Kimisə reklam etmək fikrim də yoxdu. Kiminsə adını çəkmək onlar üçün çox olar. Mənim də başım aşağıda yox, maşallah həmişə yuxarıda olub. Həmişə düz demişəm, ehtiyac olsaydı, cavabları başqa cür verilərdi. Bəzi mikrofon tutmaq istəyənlərə ürəyim ağrıyır. Boş-boş özlərinə problem axtarırlar. Onsuz da bütün həyatları problem içindədir. Nəysə...”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm