Pərvin Abıyevadan ŞOK ETİRAFLAR: Sadəcə kişilərə... - VİDEO
Bizi izləyin

Magazin1

Pərvin Abıyevadan ŞOK ETİRAFLAR: Sadəcə kişilərə... - VİDEO

Kənardan özündənrazı, azad, yemək bişirməyi bacarmayan və eqoist görünsəm də, münasibətdə uşaqlaşıram, çox şirin oluram. Bu xüsusiyyətlərimi gördükcə qarşı tərəf mənə çox bağlanır. Qulluq etməyi sevirəm, can yandırıram, bacardığım qədər səmimi oluram, sevgimi göstərirəm. Ümumiyyətlə, çox istədiyim insanlara qarşı da beləyəm, sevgimi göstərməkdə özümə məhdudiyyət qoymuram, qoy görsün ki, onu çox sevirəm.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva aparıcı İsa Şükürlünün yutub kanalında qonaq olarkən deyib. Aktrisa onu da etiraf edib ki, xasiyyətinin çətin tərəfləri də var:

“Xasiyyətim ağırdı, tələblərim çoxdu. Qarşı tərəfdən düzgünlük tələb edirəm, bütün kişilərin problemi budur, düzgün ola bilmirlər. Məndən nə isə gizlənəndə onu qurcalayıram. Bəzən fikirləşirəm ki, cütlüklər necə xoşbəxt ola bilir. Yəqin ki, qız dərinə getmir, araşdırmır. Mimikasından və səs telindən tuturam, axıra qədər gedirəm və yalanını tuturam.

Ailə qurmağıma sənətim də mane oldu. Qınamıram da, Azərbaycan mentaliteti var, gənclərimizin dilində yalandan olsa da, böyük nəsillərdə mentalitet hələ də yaşayır. Ata-ana istəmir ki, gəlini məşhur bir aktrisa olsun”.

Daha sonra P.Abıyeva “LGTB”yə münasibəti barədə danışıb və bildirib ki, heç kəsin həyatına qarışmağı sevmir:

“Bir ara mənim də adımı çıxartmışdılar, tövbə Əstağfrullah, amma mən deyiləm. Belə tanıdığım insanlar var, onlara münasibətim neytraldı, nəzərə alaq ki, bu, Azərbaycandan və digər müsəlman ölkələrində yaxşı qarşılanmır. Adicə rəfiqəmin belə əli dəyəndə ətim ürpəşir. Sadəcə kişilərə meyilliyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm