Nura Suri: Təm-təraqla toy edib, 1 il sonra boşanmaq...
Bizi izləyin

Magazin1

Nura Suri: Təm-təraqla toy edib, 1 il sonra boşanmaq...

Çox qəribə bir zamanda yaşayırıq. Çoxu xeyirxahlığı (əgər belə demək olarsa) yalnız göstəriş üçün edir. Üzə tərif, arxada qeybət edirlər.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbukda yazıb.

Cəmiyyətimizdə onu narahat edən problemlərə toxunan müğənni sözünün ağası ola bilməyən insanları tənqid edib: “Söz verib etməmək dəb halını alıb. Artıq bəh-bəhlə, təm-təraqla toy edib, 1 il sonra boşanmaq da normal hal alıb. Sevgi, vicdan, insaf, mərdlik dəbdən düşüb. Düşük, yalançı, yaltaq insanların vaxtıdır indi. Qadınların çoxu bir çox kişidən daha qeyrətli və mərddir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm