• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Sərxan Mətanət İsgəndərlinin eks-gəlininə səsləndi: "O xanımı zəhərləməyin"

  • Magazin1
  • 12 İyun 2021 13:18
  • 1 280 Baxış
Sərxan Mətanət İsgəndərlinin eks-gəlininə səsləndi: "O xanımı zəhərləməyin"

Aparıcı Sərxan Kərəmoğlu Əməkdar artist Mətanət İsgəndərlinin gəlini ilə aralarında olan qalmaqala müdaxilə edib.

Publika.az xəbər verir ki, Sərxan Kərəmoğlu sosial şəbəkədə Canananın ünvanına bu sözləri deyib: “Canana, səni hər kəs Mətanətə görə tanıdı, hörmət etdi. Mətanət İsgəndərli nə edib, etməyibsə, qarışmıram. Amma bir həqiqət var, sən kimə ərə gəlmisən? Kərimə! Kərimlə birlikdə nə qazanmısan, nə əldə etmisən ki, Mətanət onu sənin əlindən alıb?

Nə qədər bir dost kimi susaq, danışmayaq? Mətanət də insandır, onun yaxasından düşün. Kərim bilər, sən bilərsən. Artıq o xanımı zəhərləməyin. Sən də oğul anasısan, bir anlıq özünü Mətanətin yerinə qoy və düşün. Sənin tələb etdiyin ünvan, Kərimdir, Mətanət deyil”.

Qeyd edək ki, Əməkdar artistin oğlu ilə evli olan Canana Publika.az-a verdiyi açıqlamada övladlarına aliment verilməməsindən şikayət edib. Cütlüyün bu nikahından üç övladı var.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR