• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Murad Arif: “Bu, riyakarlıq deyil!”

  • Magazin1
  • 12 İyun 2021 15:19
  • 631 Baxış
Murad Arif: “Bu, riyakarlıq deyil!”

“O qədər sürətlə dəyişirəm ki, bu günüm dünənimlə ziddiyyət təşkil edir. Bu fikirdə özümü tapdım. Dəhşət təzadlıyam. Dinlədiyim musiqidə, işlədiyim musiqidə, baxdığım filmlərdə, dostlarda, müsahibələrdə, tvitlərdə...

Publika.az xəbər verir ki, bu sözləri aparıcı-müğənni Murad Arif sosial şəbəkədə yazıb.

“Həmişə “düz xətdə” qalmaq çətin. Hər məsələyə iki fikrim var. Hər iki fikri əsaslandıra bilirəm. Cəmiyyətə, insanlara, başqalarının yalnışına da empatiyam tükənməz. Bu riyakarlıq deyil! Müxtəlif, rəngarəng, dəyişkən, havalı olmaq hərəkətli adamlar üçün normadır. Dayanmaq, dəyişməmək, təzadlı olmamaq, ətalət bizə ölüm kimidir. Bizim yanımızda olmaq doğmalar üçün əzabdır. Amma, o da var ki, yanımızda ola bilənlər üçün, canımızı verərik.

Dəyişkənlikdə sədaqət,

Daim hərəkətdə məqsədlilik,

Təzadlarınla haqlı qalmaq,

TƏRƏZİ olmaq” .

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR