Azərbaycanlı məşhurlar hücuma məruz qaldı
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhurlar hücuma məruz qaldı

Xalq artisti Miri Yusif və müğənni Sevda Yahyayevanın rəsmi feysbuk hesabları oğurlanıb.

Publika.az xəbər verir ki, bir neçə həftə bundan əvvəl Sevdanın 319 min, qısa zaman öncə isə Miri Yusifin 161 min izləyicisi olan profilləri ələ keçirilib. Texnobloger Fərid Pərdəşünas bildirib ki, Miri Yusif və Sevda Yahyayeva da daxil olmaqla məşhurların rəsmi feysbuk hesabları Kamboca, Tailand və digər Cənub-Şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə oğurlanıb:

“Bu metod çox professional şəkildə həyata keçirilir. Onlar bir vasitəçi şirkət adından “Nike”, “Gucci” və s. kimi böyük brendlərin reklamını yerləşdirmək adı ilə yazırlar və 1 günlük reklam üçün böyük mükafatlar təqdim edirlər. Daha sonra feysbuk “business menecer” vasitəsilə səhifənizdə reklam yerləşdirmək üçün sizə sorğu göndərir. Bu, rəsmi olaraq feysbuk tərəfindən göndərilən sorğudur. Bunu qəbul etdiyiniz halda artıq səhifəniz sizdən uzaqlaşır. Səhifələrin bərpası çətindir və zaman alır”, - deyə o qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm