Məşhur müğənni: “Mənim kimi ana yoxdur”
Bizi izləyin

Magazin1

Məşhur müğənni: “Mənim kimi ana yoxdur”

“Tələbkar ana deyiləm. Mənim kimi ana yoxdur. Nə istəyirlər, edirəm. Kaprizli də böyütməmişəm, amma hər zaman dost olmuşam. Balalarıma gündə milyon dəfə deyirəm ki, bilirsən səni nə qədər çox sevirəm? Nə yaxşı ki, həyatımda varsan. Səni verənə şükür. Uşaqlıqdan özümün sevgiyə ehiyacı olub. Almadığım sevgini öz uşaqlarıma ötürürəm. Mən bu dünyada xoşbəxtlik axtarmıram. Əlim, qolum varsa, düşünürəm, gəzirəm. Övladlarım var. Bu, xoşbəxtlik deyilmi?”

Publika.az xəbər verir ki, bu sözləri müğənni Samirə Əliməryəm MTV Azərbaycanda yayımlanan “Üzə-düz” verilişində deyib. Sənətçi bildirib ki, xoşbəxtlik onun üçün ana olmaq deməkdir:

“Mən bir insan kimi ölməmişəmsə, bu, xoşbəxtlik deyilmi?! Amma uşaqlar barədə danışmağı sevmirəm. Çünki bu, mənim şəxsimdir. Həyatım, çəkdiyim əziyyətlər mənimdir. Ona toxunmağı sevmirəm. Heç kim mənim çəkdiyim əzabları çəkməyəcək. Dəstək olmayacaq. O yükü mən daşıyacam boynumda. Çox çirkin bir missiyadır başqası haqqında danışmaq. Özünüzlə məşğul olun! Oğlum və qızım musiqiyə yox, başqa iş sahəsinə gedəcək. Bir balaca zümzümə edirsə, rəqs edirsə, o demək deyil ki, sənətə gəlməlidir. Yox! Çox gözütox insanam. Həyatımda da nə baş verdisə, inanın ki, mən istəmədən oldu. Bütün yaşadıqlarımın arxasınca qaçmadım, təkcə sənətimdən başqa. Demək ki, olmalı imiş, ya imtahanım idi, imtahanım idisə, mən ondan düzgün keçməli idim. Keçdimsə, bu, mənim uğurum idi. Güclü olmaqdan da bezirəm. Deyirəm artıq güclü olmaq istəmirəm. Özümə həddindən artıq tənqidi yanaşıram. “Kaş ki” çox deyirəm, amma oldu. Deməli, bilmədiyim şey var imiş həyatımda!”

Müğənni etiraf edib ki, sənətçilərin tənqid olunması onu narahat edir:

“Bəzən çox xətrimə dəyir. Sanki həyatda nə kimi problemlər var, hamısının günahkarı məşhurlar, müğənnilərdir. Kimlərsə sosial şəbəkədə populyar olmaq istəyir. Əgər siz onları bizim sənətlə qarışdırırsınızsa, müqayisə edirsinizsə, olmaz! Bu, nə sənət, nə də özfəaliyyətdir! Bizim gözəl sənətkarlarımız var, hansı ki, vətənimizi xaricdə də təmsil edirlər. Mənim oxuduğumun 70-80 faizi təmənnasız olub! Hər yerdə pulsuz oxu, canla-başla etmişəm. Bunları da işıqlandırmaq lazımdır. Milyon dəfə yaxşılıq edirik, amma bir dəfə nəsə olsa, deyəcək ki, səhvi var, oxuya bilmir! Birlik olmalıdır aramızda!

Təklikdə ağlayıram. Milyonların qarşısında ağlayıramsa, o, böyük hadisə olmalıdır. Anamla danışanda, dərdləşəndə ağlayıram, özü də necə? Çox kövrək insanam. Bəzən deyirəm, mən kimə neylədim ki, bu durumdayam?! Rəfiqələrim deyir ki, şükür elə! Buna layiq deyildim. Hər kəsə qışqırasan ki, ürəyinin içindəkiləri çatdıra biləsən. Amma demirsən, susursan və həyatına davam edirsən! Sirrimi hər adamla bölüşmürəm. Həyatımda elə insanlar olub ki, onlarla dərdimi paylaşmışam, amma onlar məni satıblar. Artıq güvənim itib. Başa düşdüm ki, insanlar saf deyil. Çox az sayda dost ələkdən keçə bilir. Mənim üçün indi insanlar daha qorxuludur. Bağışlayanam, amma həmin insanla daha bir yolu getmərəm! Yaralı məqamıma toxunsa, xətt çəkirəm!

Mən daha çox uğur əldə edə bilərdim. Amma özümə müəyyən qadağalar qoyduğum üçün tam da o olmadı! Bu sənət elədir ki, sən o qayda-qanunları məhv edib, yalnız irəli getməlisən! Mənim olmazlarım var! Həyatı başqa cür qəbul edirəm. Xanım üçün bu sənət çox çətindir. Sənət və ailəni birgə idarə etmək asan deyil. Qadağalarım olmasaydı, kim bilir mən Hollivudda da ola bilərdim!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm