Aynişanın hippi stili - FOTO
Bizi izləyin

Magazin1

Aynişanın hippi stili - FOTO

İnstaqramın tanınmış ulduzu, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva fərqli stili ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Aynişan bir çox influserlərlə birlikdə bohem və hippi konseptdə təşkil olunmuş doğum günündə iştirak edib. Gecə üçün hippi stilində obraz seçən Aynişan fotolarını İnstaqramda paylaşıb. Obrazını hörüklü saçlarla tamamlayan bloger geyimini xüsusi olaraq hazırladığını da bildirib.

Məlumat üçün bildirək ki, azad və səyyah ruhlu, rəngli və şən olmağı sevən hippi hərəkatının nümayəndələri geyimdə rahatlığı və təbiiliyi sevir. İri daşlı boyunbağı və lələkli aksesuarlar, uzun ətəklər, şifon köynəklər, kətan paltarlar, rəngli və etnik naxışlı libaslar, saç bantları, çiçək naxışlı libaslar, həmçinin kovboy çəkmələri bu tərzin əsas elementləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm