Alçaq kişilər daha bir qızın gələcəyini... - Pərvin Abıyeva
Bizi izləyin

Magazin1

Alçaq kişilər daha bir qızın gələcəyini... - Pərvin Abıyeva

“Həmin qız bir ömür travmalarla yaşayacaq. Tək böyüyəcək, min cür çətinliklərdən keçəcək. Hələ neçə “kişi” ondan istifadə edəcək. Vay o gündən tanınmış insan ola... Nəinki əks cinsin nümayəndələri, hətta qadınlar belə ona təhqirlər, ittihamlar yazacaqlar”.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva instaqramda yazıb. 13 yaşlı qızın anası öldükdən sonra atası və qardaşı tərəfindən zorlanmasına rəy bildirən aktrisa hiddətini gizlətməyib:

“Bunları onun həmin qız olduğunu bilmədən edəcəklər. Alçaq kişilər daha bir qızın gələcəyini qaraldıb özünə qurban seçdi. Halbuki, o, tamam başqa ata, qardaş sevgisi və qayğısı ilə böyüyə bilərdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm