Nadir Qafarzadə: Telefon nömrəmi gəlinimə verib dedim ki... - VİDEO
Bizi izləyin

Magazin1

Nadir Qafarzadə: Telefon nömrəmi gəlinimə verib dedim ki... - VİDEO

“Zaurla Günaydın” verilişinə qonaq olan müğənni Nadir Qafarzadə oğlunun elçliyindən danışıb.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl baş tutan “hə” mərasimindən danışan müğənni oğlu Loğmanın 4 ildir sevdiyi xanımla nişanlandığını bildirib:

“Nişan kimi böyük elçilik oldu. Bu, tamam başqa hisslərdir. Sadəcə yaşayanlar bilər. Həmişə toylarda olanda valideynlər deyirdilər ki, həyəcanlıyıq, Nadir bəy. Mən onları indi başa düşürəm. Telefon nömrəmi gəlinimə verib dedim ki, qızım, əgər bir istəyin olsa, oğluma demə, məndən istə... Hələ mən varam. Oğlumla gəlinim bir yerdə işləyiblər. Orada tanış olub, bir-birlərini seviblər. Oğlum bizə heç nə demirdi, gizlədirdi, deyirdi ki, evlənməyəcəm. Gəlinimin anası gürcüstanlı, atası isə naxçıvanlıdır. 1 ildir atası vəfat edib. Əsl istədiyimiz kimi, ziyalı ailəsidir”.

Müğənni cütlüyünün toyunun məhərrəmlikdən sonra olacağını bildirib.

View this post on Instagram

A post shared by "Azad Azərbaycan" MTRK (@atv_officially)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm