• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

Cavid dəhşətli partlayışdan danışdı: "Həkim 3 gün vaxt qoymuşdu"

  • Magazin1
  • 1 Avqust 2021 19:13
  • 1 977 Baxış
Cavid dəhşətli partlayışdan danışdı: "Həkim 3 gün vaxt qoymuşdu"

"Yanıq ağrısı dözülməzdir. Elə bil qaynayan samovarı bağlayıblar bədəninə, gəzirsən. Bədənimin 70 faizi yanmışdır. Üçüncü dərəcəli yanıq idi. Həkimlər, sağ olsun, sağaltdı. Həkim mənə vaxt qoymuşdu ki, 3 gün yaşayacaq".

Publika.az xəbər verir ki, bu sözləri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman "7 canlı" proqramında deyib. Bu ilin fevralında evində vanna otağında partlayış olan və bədəni yanan aktyor başına gələnlərdən danışıb:

"Partlayış olanda səhər çəkilişə hazırlaşırdım. Vanna otağına girəndə qaz partladı. Şükür ki, həmin saat uşaqlar yatmışdı. Qonaq otağının pəncərəsi yerindən çıxmışdı. O otaqda kim olsaydı, küçəyə düşmüşdü. Həmin an ağrı hiss etmirsən. 20 dəqiqə ağrımadım, uşaqları evdən çıxardım, vanna otağında yanğını söndürdüm. Sonra güclü ağrı başladı. Yeganə ağrımayan yerim ayaq barmağım idi. Anam yanımda dayanıb, qışqıra bilmirəm. Sonra təcili yardım gəldi və xəstəxanaya aparıldım. Həmin anımın fotoları var idi. Anam hamısını telefonumdan silib". (axşam.az)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR