Magazin1
Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO
Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub.
Publika.az modern.az-a istinadla xəbər verir ki, uzun illər Rusiyada həbsdə olan kriminal avtoritet, cinayət aləmində "Bərdəli Ruslan" kimi tanınan Ruslan Nəzərli müğənni xanımla evlənib.
Onun həyat yoldaşı "Kristal" qrupunun keçmiş solisti, gənc müğənni Həmidə Hüseynovadır.
Qeyd edək ki, "Bərdəli Ruslan" 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyünə görə həbs olunmuşdu.
Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.
Ruslanın qardaşı Dadaş Nəzərli də kriminal aləmin tanınmış simalarındadır.
Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum "qanuni oğru" Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü