Tanınmış aparıcı BDU-da işləməyə başladı
Bizi izləyin

Magazin1

Tanınmış aparıcı BDU-da işləməyə başladı

Tanınmış jurnalist, İctimai TV-nin aparıcısı Fəxriyyə (Lilpar) İsayeva Bakı Dövlət Universitetində işləməyə başlayıb.

Publika.az xəbər verir ki, o, universitetin Jurnalistika Fakültəsində Jurnalistin nitq mədəniyyətinin əsasları fənni üzrə pedaqoq kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Fəxriyyə İsayeva 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində müəllif, aparıcı, redaktor vəzfələrində çalışıb. Bir sira bədii-publisistik verilişlərin, o cümlədən ədəbi-bədii verilişlərin yaradıcısı və aparıcısı olub. İctimai Televiziyada “Ovqat” veriliçinin aparıcısı olub. Müxəlif səpgili sənədli filmləri və bir sıra verilişləri kadrarxası səsləndirib. TRT-nin “Türkiyənin səsi” radiosunda “Dədə Qorqud” layihəsinin aparıcısı kimi çalışıb. Görkəmli ədiblərin həyat və yaradıcılıqlarını əks etdirən portret verilişlər və yaradıcılıq gecələrinin müəllifi və aparıcısı olub. O cümlədən İctimai Radioda uzun illər “Yeni gün”, Radioalmanax”, “Həmişə istirahətdə” , eyni zamanda qadın proqramının və bədii-əyləncəli verilişlərin müəllif və aparıcısı olub. 2013-cü ildə Azad Azərbaycan Tele-Radio Şirkətinin 106.3 Fm-də “Zərif bənd” Qadın proqramının müəllif və aparıcısı olub. 2015-ci ildən Lider Televiziyasında “Xəzərin sahilində” verilişinin müəllif və aparıcısı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm