• USD 1,7000 0,00% EUR 1,9195 -0,07%
    • GBP 2,2499 -0,41% RUB 0,0231 +0,43%

Emin Xəzərin sahilində qış konserti verəcək - VİDEO

  • Magazin1
  • 20 Oktyabr 2021 09:00
  • 775 Baxış
Emin Xəzərin sahilində qış konserti verəcək - VİDEO

Müğənni Emin Ağalarov pərəstişkarlarını dekabrın 25-də Bakıda, Xəzərin sahilində verəcəyi konsertə dəvət edir.

Publika.az xəbər verir ki, bu barədə müğənninin mətbuat xidmətindən məlumat verilib.

Bu ilin avqustunda Emin iki illik fasilədən sonra bakılı pərəstişkarları ilə özünün Sea Breeze Event Hall konsert salonunda görüşdü. Karantinə görə konsertdə cəmi 150 nəfər iştirak edə bildi. Müğənnini sevənlərin çoxu konsertə gələ bilmədiyindən Emin yenidən vətəndə çıxış etməyə qərar verib. Vaxtı da təsadüfən seçməyib - ənənəvi olaraq o, Bakıda dekabr ayında konsertlər verirdi.

Proqrama onun sevilən hitləri ilə yanaşı, yeni mahnıları da daxil edilib.

Qeyd olunur ki, konsertə giriş yalnız COVID pasportu, ya da immun sertifikatı əsasında mümkündür.

Emin hazırda yeni kompozisiyalar üzərində işləyir. Ola bilər ki, bunlardan bəzilərini Bakıda verəcəyi konsertdə təqdim etsin.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR