• USD 1,7000 0,00% EUR 1,9253 -0,05%
    • GBP 2,2596 -0,19% RUB 0,0229 -0,44%

Şəhriyar Oksana ilə evli olmasını niyə gizlədirdi? - İllərlə üstündə bir damğa kimi...

  • Magazin1
  • 24 Noyabr 2021 11:19
  • 2 736 Baxış
Şəhriyar Oksana ilə evli olmasını niyə gizlədirdi? - İllərlə üstündə bir damğa kimi...

Tamaşaçıların qarşısına hər zaman keyfiyyətli işlərlə çıxmağı xoşlayan aparıcı-aktyor Şəhriyar Əbilov hesab edir ki, kino xadimlərimiz “Netflix” platformasına uyğun filmlərin istehsalına başlamalıdır. Adı nadir hallarda qalmaqallarda çəkilən aparıcı bildirib ki, bu, onun sənət yolunda qurduğu düşünülmüş strategiyasıdır.

Publika.az-a danışan aparıcı yenidən ata olmaq arzusunu da dilə gətirib.

Sevdiyim qadın yanımdadır

Çətinliklər həddən artıq çox olub, çünki bu yola heç bir dəstək görmədən çıxmışam. Yalnız uşaq kimi arzulamalı və o yolda irəliləməlisən. Və qarşına çıxan maneələri ötüb keçməyi bacarmalısan, ruhdan düşüb dayanmamalısan ki, bu, məndə alınmır. Əgər gələcəyinə inanırsansa, heç bir problem qarşında tab gətirə bilmir. Əsas odur ki, bunu ürəkdən arzulayın və bütün potensialınızı ortaya qoyun. Ayağım daşa dəyə-dəyə ayaqda qaldım, şükürlər olsun ki, bu gün arzuladığım yerdəyəm. Artıq 43 yaşım var, karyeramda müəyyən bir yerə gəlib çata bilmək üçün ömrümü, zamanımı qurban vermişəm.

Düşünürəm ki, arzularıma daha tez çata bilərdim, amma bir az gec çatmışam. Biz həmişə acıq, xüsusilə keyfiyyətə. Bu gün Azərbaycanda televiziyalarda serialların səviyyəsi qənaətbəxş deyil. İstəyirik ki, getdikcə dünya ilə ayaqlaşaq, tək Avropa və Amerika filmlərinə baxmayaq, Azərbaycanın da dünya səviyyəli filmləri istehsal olunsun. Keyfiyyət mənə görə layihənin genişmiqyaslı və iri büdcəli olmasındadır. Yerli filmlərimizin keyfiyyəti aşağı olduğundan tamaşaçı bəzən bununla qane olur və elə bilir ki, belə də olmalıdır. Əslində tamaşaçının zövqünü biz formalaşdırırıq. İnanıram ki, gələcəkdə bu zövqü qaldıra biləcəyik.

İllərlə üstündə bir damğa kimi qalacaq

Həmişə cəmiyyətdə sağlam tanınmaq istəmişəm, qara piar da piardır, amma yaxşı bir şey deyil və illərlə üstündə bir damğa kimi qalacaq. Gördüyün işlərin keyfiyyəti sənin sağlam şəxsiyyət olmağından xəbər verir. Şəxsiyyət olmaq üçün həyatda düzgün və güclü addımlar ata bilmək çox vacibdir.

Şükürlər olsun ki, ailəm də, sevdiyim qadın da, övladım da yanımdadır. Gözəl və yaradıcı bir xanımım və 3 yaşında “krasavçik” bir oğlum var. Bir-birimizi başa düşürük. Yenidən ata olmaq istəyərəm. Münasibətlərimizi 4 il gizli və sirr saxlamaq asan bir iş deyildi. Səbəbi deyə bilməyəcəm. Bu mövzuda çox da danışmıram.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR