Teymur Rəcəbov Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTO
Bizi izləyin

Magazin1

Teymur Rəcəbov Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTO

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

Publika.az xəbər verir ki, bu barədə A.Maksakova instaqram hesabında paylaşıb.

Xalq artisinin nəvəsi fotonun üzərinə “FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb.

Daha sonra Rəcəbov özü də nişanlısının paylaşımını “repost” edərək məlumatı təsdiqləyib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.

Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm