İlhamə Qasımovadan İSMARIŞ: Bəzi məşhurlar hər şeyi açıb...
Bizi izləyin

Magazin1

İlhamə Qasımovadan İSMARIŞ: Bəzi məşhurlar hər şeyi açıb...

"Bəzi məşhurlar hər şeyi açıb, bayağı şəkildə göstərirlər, bunu sevmirəm. Mənə heç kimin şəxsi həyatı maraqlı deyil. Bir-biriləri ilə qalmaqal yaratmaq üçün şəxsi həyatlarından danışırlar. Bütün bunlar sənətçini çox ucuzlaşdırır. Müğənni yaxşı mənada əlçatmaz olmalıdır. Onların ardınca gedən ifaçılar örnək götürməlidirlər. Heç kim "Müqəddəs Məryəm" deyil. Hər insanın öz problemi özünə bəsdir. Mənə maraqlı deyil kiminsə həyatında nə baş verir".

Publika.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova MTV-də Lamiyə Balacayevanıın aparıcılığı ilə yayımlanan "Üzə düz" verilişində deyib. Sənətçi şou-biznesdə olan qalmaqallardan danışıb. İlhamə bildirib ki, sənət adamlarının əksəriyyəti şəxsi həyatı ilə reytinq yığır.

"Heç bilmirəm şou-biznesdə nə var. İzləmirəm, maraqlı deyil. Mənim ümumiyyətlə, televizorum yoxdur. Rəqəmsal yayıma keçəndən sonra dəyişməliyəm, elə də qalıb. Sosial mediadan isə ara-sıra izləyirəm. Orada çox passivəm. Dostlarım da buna görə məni qınayır", - İlhamə əlavə edib.

"Eurovision"a getmə istəyindən danışan İlhamə qeyd edib ki, ikinci dəfə qatılma səbəbi Almaniyadakı prodüseri olub:

"Əslində qatılmaq fikrim yox idi. Dedi qalib olsan, bizim üçün də rahat olar. İndi həvəsim yoxdur, yarışma çox siyasiləşdi. Təklif gəlsə, etiraz etmərəm. Vətənimi təmsil etməliyəm. Amma özüm can atmayacam. Bu gün o qədər gənc müğənnilər var ki, onların zamanıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm