Magazin1
Aras Bulut İynemli haqqında bilmədikləriniz - FOTO
Aras Bulut İynemli bu gün Türkiyə serial və kinosunun ən çox tələb olunan istedadlarından biridir. Onun ürəkdən oynadığı hər bir rol tamaşaçını özünə ovsunlaya bilir. Hələ 20-23 yaşında “Öyle bir geçer zaman ki” serialında oynadığı ilk böyük rolu ona elə bir şöhrət və sevgi gətirib ki, təsirli səhnələri indiyə qədər dillərdədir. Bu da təsadüfi deyil, onun sənətçilər ailəsində dünyaya göz açdığı məlum olub.
Publika.az oxucuları məşhur aktyorun həyatı ilə bağlı maraqlı faktlarla tanış edir.
İynemlinin böyük bacısı Yeşim İynemli səs rejissoru və aparıcı, böyük qardaşı Orçun İynemli isə özü kimi aktyordur. Bundan başqa, Miray Dener aktyorun bibisi qızıdır.
Ulduzun əmisi və anasının dayısı da aktyor olub.
Məşhurun ilk işi isə “Arka sokaklar” serialında arxa fonda qonaq aktyor kimi səhnəsi olub.
Yıldız Texniki Universitetinin Aviasiya mühəndisliyi fakültəsinin tələbəsi olan İynemli ulduzluq karyerasından sonra təhsilini dondurmaq qərarına gəlib.
Onu rol aldığı telekommunikasiya reklamında rejissor Zeynep Günay Tan kəşf edib.
Uşaqlığını Beşiktaş Çarşısında keçirən İynemlinin BJK-ya olan həvəsi də buradan qaynaqlanır.
Tekila qədəhləri kolleksiyası yığır.
Başına kiminsə toxunması və ya vurması onu özündən çıxarır.
Orta məktəbdə çiyinləri dar olduğu üçün dostları onu ələ salırdılar.
Əhvalı pozulanda otağına qapanır, özünə təsəlli vermək üçün mətnlər yazır.
Həyatında mühüm yeri olan əşyaları xüsusi bir qutuda saxlayır.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi










.jpg)
.png)




























