Aybəniz Haşımovadan sərt sözlər: “İlk dəfə efirə çıxartdığım bir xanım...”
Bizi izləyin

Magazin1

Aybəniz Haşımovadan sərt sözlər: “İlk dəfə efirə çıxartdığım bir xanım...”

Sənətə gəldiyim gündən kimin iynənin ucu qədər üzərimdə haqqı varsa, hələ də çıxışlarımda qeyd edir, adlarını fəxrlə çəkirəm. Çünki onların yox, mənim fəxrimdir ki, məni dəyərləndirib, qiymətləndirib, fərqləndiriblər. Təcrübələrinin sayəsində nəyisə onlardan götürə bilmişəmsə, özümdə də onu tədbiq edə bilmişəmsə, bu mənim əvəzsiz xəzinəmdur, şəxslərinə isə bir ömür boyu minnətdarlıq borcum var.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova instaqramda yazıb. Əməkdar artist etiraf edib ki, uğur qazanmasına kömək etdiyi şəxslərin laqeydliyi onu incidir:

"Dünən vaxtilə özümlə bərabər efirə çıxmağında, tanınmağında, bilmədiyi əsərləri öyrətdiyim, köməyim dəydiyi bir xanım sənətdə ona kömək edənlərin, vaxtilə təhsil aldığı kənd məktəbində çalışan insanlara qədər hamsının adını çəkir. Amma bir dönüb demir ki, bu insan da məni öz verlişlərində əlimdən tutub çəkdirib. Özü də bu insan məni AzTV-nin, hələ-hələ çoxlarının orada görünə bilmədiyi dövrdə ən baxımlı verilişinə, verilişlərinə çıxartdırıb. Yaxşı ki məndə lent yazıları qalıb. Əslində o insanın mənə yox, özünə nə qədər pislik etdiyindən xəbəri belə yoxdur. Nankorluq dünyanın ən ağır günahıdır. Bunu unutma, insan oğlu!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm