Oksana Rəsulova: “Kişilərin sevimli fəndi keçərli deyil”
Bizi izləyin

Magazin1

Oksana Rəsulova: “Kişilərin sevimli fəndi keçərli deyil”

Güclü qadını qısqandırmaq çox çətin məsələdi. Kişilərin sevimli fəndi burada qəti şəkildə keçərli deyil. Güclü qadını ələ almaqçün “Bir bax, məni sevən nə qədər qadınlar var” dəlili gətirmək istəyən kişi gülünc görünəcək və tamamilə hörmətdən düşə bilər.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova instaqramda yazıb. Bir neçə həftə əvvəl aparıcı Şəhriyar Əbilovdan ayrılan aktrisa kişilərin sevmədiyi xüsusiyyətini açıqlayıb:

“Güclü qadın o qədər də gözəl olmasa da özündə əmindir. Qiymətini də, dəyərini də bilir, layiq olduğunu gözləməkdə haqlıdır. Onu qısqandırmağa çalışan kişinin həqiqətən ona layiq olduğunda şübhələri yarana bilər”, - aktrisa bildirib.

Məlumat üçün bildirək ki, aktrisanın uşaqlarla bağlı verilişi bağlansa da, o, Xəzər tv-də yeni bir verilişlə qarşımıza çıxacaq. “Xoşbəxt sabahlar” verlişinin anonsu instaqramda paylaşan sənətçi qeyd edib ki, proqram 18 sentyabrdan hər bazar günü saat 12:00-da efirə gedəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm