Manaf Ağayev danışdı: "Kök olanda deyirlər ki, yaraşmır, arıqlayanda da..."
Bizi izləyin

Magazin1

Manaf Ağayev danışdı: "Kök olanda deyirlər ki, yaraşmır, arıqlayanda da..."

Bu günlərdə müğənni Manaf Ağayevin artıq çəki atmasını göstərən fotosu yayımlanıb və bu, çoxlarınının təəccübünə səbəb olub.

Publika.az-axəbər verir ki, bu barədə Manaf Ağayev Teleqraf.com-a açıqlama verib.

O, sağlam yolla arıqladığını deyib: "Hazırda Rusiyadayam, iki günə Bakıya qayıdacam. Bir aydır pəhrizədəyəm. Əvvəllər xaş, xəngəl çox yeyirdim. Ümumiyyətlə, un məmulatları qidamda üstünlük təşkil edirdi. Məsləhət gördülər ki, bir az arıqlayım, səhnədən pis görsənirəm. İndi isə deyirlər ki, sənə arıqlamaq yaraşmır, kökəl... Artıq üç-dörd gündür ki, yemək yeməyə və kökəlməyə başlamışam.

Dediyim kimi, sadəcə istədim ki, bir az arıqlayım, heç bir xəstəlikdən söhbət gedə bilməz. Səhhətimdə heç bir problem yoxdur".

Müğənni ona qarşı təzadlı münasibətdən də gileylənib: "Kök olanda deyirlər ki, kökəlmisən, yaraşmır, arıq olanda da eyni yanaşma tərzi. Bilmirəm nə edim!? Son zamanlar çox kökəlmişdim, pencəklərim gəlmirdi. Özümə söz verdim ki, bir ay pəhriz saxlayım, görüm nə göstərir.

Təbii ki, hər zaman pəhriz saxlaya bilməyəcəm. Sabah toy mərasimləri başlayacaq. Gecə-səhərə qədər orada-burada, bir gün Rusiyada, bir gün regionlarda olursan".

Manaf Ağayev bildirib ki, hər şey əladır, az çəkidə özünü çox yüngül hiss edir: "Hamıya arzu edirəm ki, əgər dözə bilirlərsə, arıqlasınlar. Təbii ki, mən də dözə bilmirəm, artıq nəsə yemək istəyirəm. Mən dietoloq vasitəsiylə arıqlamıram. Yessentukidə sanatoriyada idim. Orada məsləhət etdilər. Bir ay ərzində 10 kilo çəki atdım. Əvvəl 110 kilo idim, indi 100 kilo omuşam. İdman da edirəm. Bir həftə yemək yemədim, ancaq su içdim".

Müğənni Rusiyaya toy mərasimi üçün getmədiyini deyib: "Dostlarımın yanına gəlmişəm, toy mərasiminə yox. Sentyabrın 29-da Bakıda olacam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm