Xalq artisti Rəhim haqqında: "Yalnız ondan arxadan zərbə gözləməzdim"
Bizi izləyin

Magazin1

Xalq artisti Rəhim haqqında: "Yalnız ondan arxadan zərbə gözləməzdim"

Xalq artisti Aygün Kazımova müğənni Rəhim Rəhimlinin Səbail rayonunda yerləşən evinə gəlib.

Publika.az xəbər verir ki, Aygün Kazımova Rəhim Rəhimlinin ölümünə kədərləndiyini bildirib:

"Gözəl layihələr planlaşdırmışdıq. Yeni mahnı almışdıq. Onunla sıx əlaqədə idik. Mənə deyirdi ki, imicimi dəyişmişəm və daha yaraşıqlı olmuşam. Ürəyində arzuları getdi. Çox böyük arzuları var idi. Həmişə onunla danışırdıq. Sonuncu dəfə dünən yazışdıq, ona "Günaydın, aşqım" yazırdım. Yazmayanda bilirdim ki, məşğuldur. İki-üç gün əvvəl tədbirlərin birində bərabər idik. Onun xəstəliyi haqda bilmirəm. Dərdini bölüşən insan deyildi. Ayağı sınmışdı və elə bilirdim ki, onunla bağlı müalicə alır. Səhnəyə çıxandan sonra ayaqları çox şişirdi. Bunu ən yaxın dostları ilə bölüşürdü. Şou-biznesdə Rəhim Rəhimli ən yaxın dostum, sirdaşım idi. Hər şeyi ancaq ona danışırdım və yalnız ondan arxadan zərbə gözləməzdim. Allah rəhmət etsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm