“Sənin ucbatından pullarımı itirdim“ - Əməkdar artist - Video
Bizi izləyin

Magazin1

“Sənin ucbatından pullarımı itirdim“ - Əməkdar artist - Video

10:18

"Həyatda elə günah var ki, bağışlaya bilərsən, eləsi də var ki, bağışlanmazdır!"

Publika.az xəbər verir ki, bunu Əməkdar artist Nüşabə Ələsgərli deyib.

O əlavə edib: "Cinayətlərin ağırı və yüngülü var. Hansı günahı bağışlaya bilmirəmsə astaca oradan uzaqlaşıram. Kin-küdurət saxlamıram. Mənə qarşı saymamazlıq edən insandan inciyirəm. Danışdırmadığım insan üçün də dua edirəm. Heç istəmərəm ki, ayağına daş dəysin".

Müğənni aktrisalıq fəaliyyətindən danışaraq Nəsibə Zeynalova ilə bağlı bir əhvalatı bizimlə bölüşüb.

"Sənətdə bəxtim gətirib ki, Nəsibə Zeynalova kimi sənətkarla tərəf müqabili olmuşam, onun qızını oynamışam. "Qaynana əməliyyatı" adlı iki hissəli televiziya tamaşası idi. Səidə Quliyeva bir qızı idi, mən də o biri qızı.

TV tamaşasında qaynananın öz kürəkənlərinin başına açdığı oyundan söz açılırdı. Onunla oynayanda bizi gülmək tuturdu. Sağında mən oturmuşdum, solunda da Səidə xanım. Nəsibə xanım bizi danlayır ki, kürəkənlərimə çox üz vermisiz. Nəsibə xanım bilmirəm nəsə söz dedi, ona baxıb güldüm. İndi məni gülmək tutub, özümü saxlaya bilmirəm. Bir də gördüm Nəsibə xanım məni vurdu. Dedi ki, niyə gülürsən? Sənin ucbatından bütün pullarımı itirdim.

Bu yeri heç ssenaridə yox idi, improvizə idi. O mənim gülüşümü ört-basdır etdi. Çünki orada gülməli deyildim, ağlamalı idim. O qədər böyük istedad sahibi idi ki. Ona nə qədər də "gülüş kraliçası" yenə də ona azdır".

(moderator)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm