Ramal özünü tanınmaz hala saldı, valideynləri küsdü - FOTO
Bizi izləyin

Magazin1

Ramal özünü tanınmaz hala saldı, valideynləri küsdü - FOTO

"Evdəkilər tənqid etdilər, küsdüm. dedilər, bunu belə etmə. Sənətdəyəmsə, geyinəcəyəm də, saçımı da dəyişəcəm, performanslar da göstərəcəyəm. Bu tərz və saçımla tədbirə gedirəm, analar, bacılar alqışlayır, deyir, belə ol. Gəlib evdə anama deyirəm ki, görürsən tərifləyirlər".

Publika.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Günün sədası" proqramında deyib.

Saçlarını sarıya boyatdıran və geyim tərzini dəyişən Ramal ailəsinin onu tənqid etdiyini söyləyib.

Ramal bir çoxlarından incidiyini söyləyib və "Haqqımda çox mənfi rəylər yaydılar: tənbəldir, gəlmir. Aparıcılar təqdim edəndə deyirdi ki, yatır, gəlmir. Cavab verirdim ki, verilişinə gəlmədim? Gənclikdə çılğınlıq olur. Bu sözlər bəzi adamlara sərf edirdi. Mən də insanam, küsürəm. Pianoya yaxın dura bilmirəm, səhnəyə çıxmıram. Özümə gəlmək üçün zaman lazım gəlir. Anamın, atamın sözü mənə təsir edir" sözlərini əlavə edib.

  • Ramal özünü tanınmaz hala saldı, valideynləri küsdü - FOTO

  • Ramal özünü tanınmaz hala saldı, valideynləri küsdü - FOTO

Oxumağa davam et
Reklam
Reklam

Gündəm