Nəzakət Çimnaza “OD PÜSKÜRDÜ”: “Sənin “18+” obrazı yaratmağın...”
Bizi izləyin

Magazin1

Nəzakət Çimnaza “OD PÜSKÜRDÜ”: “Sənin “18+” obrazı yaratmağın...”

"Bu gün elə aktrisalarımız var ki, adları aktrisadır, amma aktrisalıqdan anlayışları yoxdur. Mənimlə qalmaqala çıxan insanın intellekti, səviyyəsi, statusu olmalıdır. Həmin şəxs məndən qat-qat aşağıdadır, yuxarıdan baxanda o qarışqa kimidir, onu görmək istəmirəm. Onunla söz güləşdirmək istəmirəm".

Publika.az Bizim media-ya istinadən xəbər verir ki, bu sözləri aktrisa Nəzakət Məmmədova "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Aktrisa qalmaqal yaşadığı həmkarı Çimnaz Sultanovanın adını çəkməsə də, sərt mesajlarını ona ünvanladığı, dilə gətirdiyi sözlərindən aydın sezilirdi.

Məmmədova Sultanovanın yaratdığı səhnə obrazlarını "18+" adlandıraraq, yerdən yerə vurub.

"O şəxs mənim sayəmdə özünü reklam etdirir. Əgər sən aktrisasansa, hər hansı obraz yaradanda öz sahənə uyğun bir obraz yaratmalısan. Sənin isə "18+" obrazı yaratmağın mentalitetimizə, efirlərimizə yaraşmır. İstəmərəm ki, Azərbaycan aktrisası pis nöqteyi-nəzərdən tanınsın. Axı bizə düşmənlərimiz də baxır".

Nəzakət "O dırnaqarası aktrisa övladlarımın "Instagram"da görüntülərini paylaşmışdı" deyərək, qarşı tərəfin bu addımını sərt şəkildə qınayıb:

"Qızım həm aktrisa, həm də rejissordur. Onun hansısa oynadığı obrazı paylaşmışdı. Amma o, onun real həyatı deyil, obrazıdır. Əgər mənim kiməsə sözüm varsa, söhbətimi o insanla edirəm. Övladları bu söhbətlərə qatmaq səviyyəsizlikdir. İnsanın özündə ana hissi olmalıdır ki, başqasının övladına da ana kimi yanaşsın".

Qeyd edək ki, bu qalmaqalın təməlini N.Məmmədova qoyub. O, verilişlərin birində Ç.Sultanovaya "Çimnazın mənim kimi 50 yaşı var və özünü "sex-simvol" kimi göstərir.

Onun "Youtube"dakı "Çimnazla yataqda" verilişi heç xoşuma gəlmədi. Ehtiyac yox idi. İnsan hansısa qonağını yataqda qarşılamaz. Qonağı qonaq otağında və ya mətbəxdə qarşılayarlar, yataqda qarşılamazlar" sözlərini söyləyib. Cavab olaraq Çimnaz isə "60 yaşlı, iplə bağlanan "lyubitelskaya" kolbasa" deyərək, qarşı tərəfi susdurmağa çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm