Magazin1
“Anam yaşasa, bu sənətdə olmazdım”
“7-ci sinifdə oxuyarkən, anamı itirmişəm. O, mənim nə sənətkar, nə də ana olduğumu görə bildi. Həmişə bir sözü var idi ki, bircə bunu böyütsəydim. Nə bilim qismət. Mənə elə gəlir, o sağ olsaydı, heç bəlkə mən bu sənətdə də olmazdım”.
Publika.az xəbər verir ki, bu sözləri “Düzünə qalsa…” verilişində Əməkdar artist Sənubər İsgəndərli deyib.
Aktrisa anasının ona çox qadağa qoyduğunu söyləyib:
“Onun qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur. 11-12 yaşım var idi, anam hələ sağ idi. Bir gün dayımgilə getmişdik.
Dayım bəlli bir yaşda idi, övladları da böyük idi. Dayımın 60 yaşı var idi, bir ana mahnısına qulaq asan kimi ağladı. Çatmırdı mənə, dedim bu niyə ağlayır, day anası çoxdan ölüb də. Deməli, o yaşda insan da ana üçün ağlayarmış... Anadı insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl anaya de. Rəfiqə də sənin kimi təcrübəsizdir...”.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik