82 yaşlı Niyaməddin Musayev bu idman növü ilə məşğul olur
Bizi izləyin

Magazin1

82 yaşlı Niyaməddin Musayev bu idman növü ilə məşğul olur

Xalq artisti Niyaməddin Musayev Bakıda fəaliyyət göstərən idman zallarından birində yayılan fotosundan danışıb.

Niyaməddin Musayev Publika.az-a açıqlamasında hər gün idmanla məşğul olduğunu deyib:

“Hər gün idmanla məşğul oluram, həyatda idmandan gözəl nə var? Ölkəmizin idman zallarında çox gözəl şərait yaradılıb, idman etmək sağlamlıqdır. Bədəni tərbiyləndirir ki, aşıb-daşmasın, harınlamasın.

Mən hər gün idman zalına gedirəm. Yoqa, üzgüçülük, yüngül atletika ilə məşğul oluram. Əzələləri möhkəmləndirmək üçün alətlərdən istifadə edirəm. Müəyyən yoqa hərəkətləri ilə məşğul oluram”.

Qeyd edək ki, Niyaməddin Musayevin 82 yaşı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm