Magazin1
Damladan Talıbovdan yüksək qonorar almasına reaksiya - Video
xxx
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Seymur və Rza Talıbovların müğənnilərə bahalı hədiyyə və yüksək məbləğdə qonorar verməsi haqqında xəbərlər yayılıb. Onların sırasında müğənni Damlanın da adı çəkilir. Seymur Talıbovun Damlaya konserti müqabilində yüksək qonorar verdiyi iddia olunur.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Damlanın meneceri Şəhriyar Abışov Teleqraf.com-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib:
"Biz o adamı tanımırıq. Naxçıvanda "Saat Meydanı"nda konsertimiz olub. Konsert təşkilatçılar vasitəsiylə həll edilib, qonorar da ənənəvi qaydada verilib. Bir günlük konsert proqramı ilə çıxış etmişik və qayıtmışıq. Ümumiyyətlə, biz onu tanımırıq. Bizdə telefon nömrəsi belə yoxdur. O adamla üz-üzə də gəlməmişik".
Qeyd edək ki, Missiya.az saytında Vasif Talıbovun övladlarının Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırdığı vurğulanıb. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Damlanın Naxçıvanda konserti bu ilin iyun ayında baş verib.
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO






.jpg)




















.jpg)












