Magazin1
Kişinin bir gecə təsadüfən etdiyi hərəkət xəyanət deyil - Tünzalə
"Siz xəyanət nəyə deyirsiniz? Kişinin bir gecə təsadüfən hansısa hərəkətinə? Təsadüfdürsə, xəyanət deyil. İndi kişilər məni alqışlayacaq. Artıq qadın olaraq mən başqa səviyyədən danışıram".
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Düzünə qalsa" verilişində qonaq olarkən deyib. Bir müddət əvvəl xəyanətə uğradığını etiraf edən və bunun bağışlanılmaz hərəkət olduğunu bildirən Tünzalə bu dəfə məsləyə başqa cür yanaşıb:
"Əvvəla, xəyanət evin içinə giribsə, orada öncə münasibətləri araşdırmaq lazımdır. Yox əgər sevgi bitməyibsə, insan halıdır. İnsan səhv edə bilər. Allah izn verməsə idi, səhv, günah, xəta olmazdı yer üzündə. İdeal insan yoxdur. Burada önəmli bir məsələ var. Qəsdənmi edib, yoxsa nə edibsə, o mənim gözümdəmi xəyanət sayılır?! Qəsdən edibsə, heç. Yox əgər, bilərəkdən deyil, düşünmədən olubsa, orada hər kəsin yanaşması fərqli olacaq artıq. Ailə var ki, elementar şeylərdən elə böyük "skandal" çıxarır, ailələr də var ki, elə ciddi məsələlərə dözüblər ki, fədakarlıq edərək! Mən dəhşətə gəlirəm ki, ay ana, bu fədakarlıq sənə lazım idi? Qurban getdi sənin ömrün. Sən ikinci dəfə yaşayacaqsan, bunları düzəltmək üçün!? Axırda da deyirlər ki, dözməyərdin. Dəyər, qiymət vermir kişilər. Xırda bir şeydən fil düzəldirik, amma ciddi məsələyə niyə dözürsən? Sənə kimsə gətirib ömrünü bağışlamayacaq ki, gəl təzədən yaşa! Belə şey yoxdur!
Bir qadın özünə dəyər verəndən sonra görkəmində dəyişiklik edir. Qadının gözəlliyi onda üzə çıxacaq ki, özünə olan münasibətini düzəldəcək, dəyər verəcək özünə. Eqo ilə özünüzə dəyərin fərqini yaxşı başa düşün. Kim başa düşür ağıllı qadın və ya kişidir. Özünə dəyər verən insan şükür edən biridir. Kiminsə ərini və ya briliant üzüyünün qaşını qısqanmayın. Ana, vətəndaş, övlad, qadın, peşəkar kimi fədakar olmalısan amma bunun da öz dozası var..."
O, qızı Fidanla uzun müddətdir birgə yaşamadığını vurğulayıb:
"Özümə arzulayıram ki, qızım məni tez-tez sevindirsin. Və buna da inanıram. Nəinki o mənə söz verib. Mən inanıram ki, övladım uğurludur. Qızlar üçün uğurlu olmaq elə vacibdir ki. Qızlarımız heç vaxt zəifləməsinlər heç bir halda. Ağlayırıq, sonra heç nə olmamış kimi özümüzü toparlayırıq. Qızım Fidan üçün darıxıram. 16 yaşından indiyə kimi biz il boyu davamlı yaşaya bilmirik. O təhsil alır. Amma onun varlığı, uğurlu, sağlam olması məni o qədər sakitləşdirir ki. Çox adam soruşur ki, bir övladın var, niyə darıxmırsan? Deyirəm əlbəttə ki, darıxıram. Onun uğuru, karyerası hər şeydən üstündür. Mən darıxmaqla ona nə verəcəyəm ki? Hə, gəlsin, otursun dizimin dibində. Mən eqoist valideyn olmaq istəmirəm. Dünyaya gətirmək övladı tanımaq demək deyil. Fidanın ən azı mənim qədər istedadı, maraqlı səs rəngi olsaydı ifaçı olmağına kömək edərdim, fərqi yoxdur hobbi və ya peşəkar kimi..."
Tünzalə barəsində səsləndirilən fikirlərə isə belə reaksiya verib:
"Hamımız "Hardan-hara" gəlirik, heç kim bir yerdə dayanmır. Getdiyim yollardan peşmançılıq çəkmirəm, bəlkə də özümü böyük bəstəkarlıq məktəbinə verə bilərdim. İfaçılıqdan uzaq ola bilərdim. Səsimi ölkədə az tanıya bilərdilər və ya tanıya bilməzdilər. Bu gün peşmanam? O qədər də yox. O arzu məndə hələ də var. İnanmayanlar da var idi, o insanlar mənim həyatımda gəlib keçib. Onlar səmimi deyildilər. Uzaqdan eşitmişəm ki, məndən guya heç nə alınmayacaq. İnsan paxıllığını göstərməklə bildirir ki, o cılızdır. Mən istəyərəm ki, ətrafım uğurlu, güclü olsun. Zəif ətraf istəmərəm. İstəmərəm tanıdığım insanlar ortada qalan olsun. İradəli, iddialı, işini sevən olsun, çünki özüm də eləyəm. Mən yaxşı başlayıb yaxşı yerlərə gəlmişəm. Bəzi küt insanlar var deyirlər, gör haradan-haraya gəldim?! Mənim çox ziyalı ailəm var. Valideynlərim çox yüksək səviyyədə olan insanlardır və maddi-mənəvi təminatlı. Küçədə sürünənlərdən, yolda acından ölənlərdən, aşağı səviyyədən yuxarı yerə gəlib keçmiş insanlardan deyiləm. Haqsız ifadələr eşidirəm. Mənim keçmişim, bu günüm də gözəldir. Gələcəyim də gözəl olacaq!"
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ