Magazin1
“Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın”
Əməkdar artist Kübra Əliyeva xərçənglə mübarizəsindən və vəfat edən böyük oğlu Rauf Məmmədovdan danışıb.
Publika.az xəbər verir ki, sənətçi bu haqda “O kimdir?” verilişində söz açıb.
Aktrisa mərhum oğlu barədə yayılan xəbərlərdən incidiyini bildirib.
“Allah heç bir valideynə övlad dağı göstərməsin. Və övladının pis vərdişləri olmasın… Televiziyada mənim şəklimi arxada verib “Şok-şok, aktrisanın oğlu belə, elə…” başlıqla xəbər yayımlamaqları xətrimə dəydi. Sadəcə bir söz dedim ki, Allah sizi elə biabır etsin ki, başınızı qaldırıb küçədə gəzə bilməyəsiz. Niyə məni biabır edirsiniz? Mən əməyimlə, zülmümlə, dişim, dırnağımla bu yerə gəlmişəm. Xərçəngə tutulanda Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın. Məndən sonra o məhv olar. Allah onu da etdi”, - deyə, K. Əliyeva qeyd edib.
Məlumat üçün bildirək ki, sənətçinin övladı 2015-ci ildə 46 yaşında həbsxanada dünyasını dəyişib. O, aptekə basqın etməkdə təqsirləndirilərək 14 il müddətində azadlıqdan məhrum edilmişdi.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi








.jpg)

























.jpg)

.jpg)