Magazin1
Tünzalə Əliyeva deyib ki... - Bacısından şok sözlər - VİDEO
Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bacısından danışıb.
Publika.az xəbər verir ki, əməkdar artistin bacısı Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Bacım ancaq yaşamaq istəyirdi. Sadəcə son dəqiqələrində nəfəs ala bilmirdi. Aparata qoşulu nəfəs alırdı. Həkimlərə yalvarırdı ki, aparata qoşun nəfəs alım. Artıq ağrılara dözə bilmir. Reanimasiyaya gedəndə dedi ki, qayıdacam, yaşayacam. Yalnız onunla təskinlik tapdım ki, Tünzalənin üzünü açanda gülürdü. Gülə-gülə ölüb, aparata qoşulu idi. Hamını güldürən Tünzalə ölümünü gülə-gülə qəbul edib. Onun üzü heç vaxt yadımdan çıxmayacaq. Təskinlik tapıram ki, bəlkə rahatlanıb gülüb, yaxud da gözünün qabağına anam gəlib. Özü qızına görə vəsiyyət edib ki, Bakıda dəfn edilsin".
Təranə Əliyeva bacısı qızının yayılan videosundan da danışıb: "O köhnə çəkilişdir. Tünzalə həmin gün çəkilişdən gec gəlib, Röyal da video çəkib ki, sənsiz ağlayır. Qızı hələ anasının ölümünü bilmir. Çünki həmişə deyir ki, birdən mamaya bir şey olar. Ona görə qorxudan deyə bilmirik. Deyir ki, anam ölsə mən də ölərəm".
Əməkdar artist atasının vida mərasimində iştirak etməyəcəyini də deyib: "Atam xəstədir, şəkəri yüksəlib, təzyiqi düşdü. Atam evdədir".

-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu






_(1).jpg)



.jpg)
























