Qızı Tünzalənin ölüm xəbərini internetdə görüb - Dilarə
Bizi izləyin

Magazin1

Qızı Tünzalənin ölüm xəbərini internetdə görüb - Dilarə

Əməkdar artist Dilarə Əliyeva xərçəngdən dünyasını dəyişən həmkarı Tünzalə Əliyevadan danışıb.

Publika.az xəbər verir ki, Dilarə Əliyeva Teleqraf.com-a açıqlamasında xalq artisti Afaq Bəşirqızının Tünzalə Əliyevanı qızı Zəhra üçün sənət adamları tərəfindən fond yaradılması təklifinə münasibət bildirib: "Açığı bununla bağlı heç nə deyə bilmirəm. Çünki hələ ki, onun məqamı deyil, bunu gələcək göstərər. Zəhranın valideyni, atası var. Nə zaman ehtiyac olarsa, şəxsən öz adımdan deyirəm, hər zaman uşağın yanındayam. Yanında da olacam. Gücüm çatan qədər kömək etməyə hazıram. Hazırda bu məsələnin də qabardılması haqqında heç nə danışmaq istəmirəm. Daha çox Tünzalənin yaratdığı və oynaya bilmədiyi rolları haqqında danışaq. Onun fevralın 15-də doğum günü olacaqdı. Danışmışdıq ki, xəstəxanadan çıxanda ad gününü qeyd edək. Mən bunu mütləq edəcəm, hazırlıqlarına başlamışam. Özümü psixoloji cəhətdən hazırlayıram ki, onun gördüyü işlərə layiq veriliş təqdim edim. Xalqın ona sevgisinə aid verilişi çatdıra bilim".

Dilarə Əliyeva Tünzalə Əliyevanın ölümündən sonra sənətkarlığı haqqındakı fikirlərə də münasibət bildirib: "Heç də böyük aktrisa olmaq üçün böyük rollar oynamaq lazım deyil. Aktrisa öhdəsinə düşən bir xarakterlə insanların qəlbinə toxunmağı, sevgisini qazanmağı bacardısa, deməli sözünü deyib. Böyük aktrisalar bunu edir. Rolun böyük-kiçiyi yoxdur. Bütün günü beynimdə Tünzalə ilə danışıram. Həyatımda zəhləm gedən söz "kaş ki"dir. Hazırda hamısını Tünzaləyə deyirəm, "kaş ki" Tünzalə bunu belə etsəydin.Fikrim ancaq Tünzalədədir".

Dilarə Əliyeva onu da deyib ki, "Toppuş bacı"nın qızı Zəhra anasının ölümünü bilir: "Bacısı mənə dedi ki, Zəhra anasının ölümünü bildi. Atasına deyib ki, gedək bu gecə anamın yanında qalaq. Gecə ağlayıb, sakitləşdiriblər. Sonra deyib ki, bilirəm, anam cənnətdədir, yaxşıdır. Zəhra anasının dəfn edilməsi videosunu yutubdan görüb. Atasının başqa çıxış yolu qalmayıb və məcburən Tünzalənin ölümünü deyib".

Dilarə Əliyeva "Toppuş bacı"nın çəkilişdəki əziyyətindən də danışıb: "Ağrıya-ağrıya çəkilişlərə gəlirdi. Çəkiliş başlayan kimi sanki dəyişirdi".

O, Tünzalə Əliyevanın mədəkiçiltmə əməliyyatından sora xərçəng xəstəliyinə tutulması haqqındakı xəbərlərə də reaksiya göstərib: "Təbii ki, həkimlərin rəyini şübhə altına ala bilmərəm. Özünə də deyəndə cavab verirdi ki, onsuz da belə olmuşdu. Tünzalə hər şeydən öncə qadın idi. Bütün qadınlar da istəyirlər ki, baxımlı, arıq olsunlar. Tünzalə son gününə qədər xoşbəxt olmaq istədi, amma xoşbəxtliyi hiss edə bilmədi. O, xoşbəxtlik hissini nə zaman yaşaya bilərdi, onda da artıq can sağlığı imkan vermədi. Əməliyyat etdirməsini istəmirdik, iradımızı bildirirdik. Deyirdik ki, axşamlar yemək yemə, diyetoloqa aparaq, düzgün qidalan. Tünzalə yeməyə bağlı idi, sanki onu yemək yaşadırdı. Mən Tünzaləyə çox heyfslənirəm. Mən xalqın böyük sənətkarına hörmətini gördüm. Tünzaləni öz doğmaları kimi qəbul etdilər.

Tünzalənin içi qan ağlasa da hər zaman insanların üzünü güldürməyə cəhd göstərən aktrisa idi. Canında o qədər ağrı daşıyırdı, amma o, komediya janrında oynayırdı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm