Azərbaycanlı aktrisa: Həyat yoldaşım kişi adamdır, bir mənfi xüsusiyyəti var ki...
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktrisa: Həyat yoldaşım kişi adamdır, bir mənfi xüsusiyyəti var ki...

Kişilər gözəl, ağıllı, güclü, fədakar qadınları dəyərləndirmir. Fədakar qadının onsuz da adı üstündədir. O, yükü çiynində daşıyır. Kişi də məmnun olur ki, bu elə belə də olmalıdır. Onları elə alışdırdıq. Özümdən danışmıram. Şükür Allaha ki, həyat yoldaşımla münasibəti balanslaşdırmışıq. Kişilər alışıb ki, qadın yükü daşımalıdır? Niyə? Olmaz! Tənzimlə! Qadın qocalır, yorulur. Qoy cavan, gözəl qalsın! Qadın yaradandır, sona qədər qırışları ilə gözəl qalmalıdır!

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Zemfira Əbdülsəmədova Lamiyə Balacayevanın aparıcısı olduğu Mtv-də yayımlanan “Düzünə qalsa” proqramında deyib. Həyat yoldaşı və həmkarı Ədalət Əbdülsəmədov barədə sualları cavablandıran aktrisa əlavə edib ki, aralarında qısqanclıq yoxdur:

“Həyat yoldaşım Ədalət bəylə yaxşı yola gedirik. Birimiz od olanda, digərimiz su oluruq. Hirslənəndə mən su tökürəm üstünə. Mən daha çox keçən tərəfəm. Çünki onun da fədakarlıqları var. Düzgün, təmiz insandır. O, əyilməyən, şax adamdır, dağ adamıdır. Ona güzəştə gedirəm, sözün əsl mənasında kişi adamdır. Aramızda qısqanclıq yoxdur, onlar gənclik dönəmində keçib gedib. Bir mənfi xüsusiyyəti var ki, yeməyi gecikəndə əsəbləşir, dayanmadan danışır. Mən də nəsə deyəndə mübahisə yaranır...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm