Məscidin yanında video çəkdirdi, tənqid edildi - VİDEO
Bizi izləyin

Magazin1

Məscidin yanında video çəkdirdi, tənqid edildi - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva Türkiyədə məscidin yanında çəkdirdiyi görüntülərə görə tənqid edilib.

Publika.az xəbər verir ki, izləyicilər sənətçinin ziyafət geyimində və makiyajda pozalar verdiyi videoya mənfi rəylər yazıb.

Nəticədə şəh bölməsini bağlayan Fatimə həmin şəxslərə paylaşdığı açıqlama videosu ilə cavab verib:

“Necə cahil insanlar var. Heç yerdə deməmişəm ki, hicaba keçirəm, qapanıram və ya hər zamanki geyimlərdə olmayacağam. Allah qismət etsin, nə vaxtsa qapanacağam. Allah bəxş etsə, olacaq. Taksimdə məscidin yanında video çəkdirmişəm. Məscidə girməmişəm, “Sehirli Ramazan, xoş gəldin” sözlərinin qarşısında dayandım. Xınayaxdı məclisinə gedirdim, bəzənmişdim. Haramsa açıq deyildi, geyimimi bilən biriyəm.

Orasını-burasını açanlara tərif yazırsınız. Beyninizi işlədin, görün dünya nə haldadır. Sanki bir vaqonda oturmuşuq, hər dayanacaqda bir insanı yola salırıq. Ölüm-itim dünyasıdır. Ayılın, xoş söz yazıb, bir-birinizə ürək-dirək verin. Hər şey o qədər qısa və mənasızdır ki... Yazırsınız ki, özünü məscidin qabağında çölə qoyub, utanmaz, ağlı yoxdur. Ağlım da başımdadır, ruhum da çirkab deyil. İnsanlar daha düzəlməkdən, əksinə olurlar. Ömür qısalıb, düzəlin, içinizdə, ruhunuzda iyrənc məsələlər var. Haradan gəlir sizə belə iyrənc söhbətlər? Oturub güdürsünüz ki, bunu necə vurum? Yazdıqlarınızı silirəm, qanımı qaralda bilməzsiniz, gülüb keçirəm. Bilirəm ki, bu sözlərim də sizə təsir etməyəcək”.(olay)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm