“Ordumuza 5 min ianə etdim, 2 gün sonra işdən qovuldum" - Nazilə
Bizi izləyin

Magazin1

“Ordumuza 5 min ianə etdim, 2 gün sonra işdən qovuldum" - Nazilə

"Mən həyatda kiminsə diktəsi ilə oturub-duran insan deyiləm. Nə də ki, Nigar Şabanova mənə deməyib ki, mənimlə bağlı paylaşım et. Mən Rövşanə xanımla olan verilişi gördüm və Nigarı müdafiə etməyə qərar verdim. Çünki Rövşanə xanım bu hərəkətləri çox adamlara, həmçinin mənə qarşı da edib. Heç yadımdan çıxmır. Ans kanalında həftə sonları bir veriliş gedirdi. Efirin müəyyən saatında işsizlər efirə çıxırdılar. Orada bir oğlan gəlib dedi ki, mən iş axtarıram. Rövşanə xanım sual verdi ki, haranı bitirmisən? Uşaq dedi ki, Rabitə və Texnalogiyanı. Yenə də sual verdi ki, "Rabitə və Texnalogiya Nazirimiz kimdir?". Uşaq bu sualın cavabını bilmədi. Rövşanə xanım ona dedi ki, "ayıb olsun sənə, sən necə öz nazirini tanımaya bilərsən?". Elnarə Abdullayeva da efirdə idi. O tərəfdən səsi eşidildi, dedi ki, "mən heç bilmirəm Mədəniyyət nazirimiz kimdir?". Mən fikirləşdim ki, bu sözdən sonra Elnarə Abdullayevaya qadağa qoyular. Amma əksinə oldu. Üstündən bir az keçməmişdi ki, Elnarə Abdullayevaya fəxri ad verdilər. Əgər uşaq nazirini tanımırsa, bu onun günahı deyil. Nazir ona özünü tanıtmayıb. O uşaq bilmir ki, nazirimiz kimdir, amma sənin də aparıcı olaraq ixtiyarın yoxdur ki, efirə birini çıxarıb, "ayıb olsun" deyə bağırasan. Efirə çağırdığınız qonağı niyə alçaldırsınız?"

Publika.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında şairə Nazilə Səfərli deyib.

"Mənim Rövşanə xanımla şəxsi qərəzliyim yoxdur. Salam-sağolumuz da var. Yeri gəlmişkən, dünən mən onun efirinə çıxmaqdan imtina etmişəm. Mən heç bilmirdim ki, efirdə belə bir hadisə olub. Verilişin prodüsseri zəng edib dedi ki, sizi sabah üçün efirə qonaq istəyirik. Mən uşağam ki? Bilirəm ki, kimsə gəlməyib deyə məni çağırırlar. Bir gün qabaq mən verilişə niyə gedim? O adamın verilişinə bir gün qabaq gedərsən ki, onun sənin üstündə əziyyəti çoxdur. Zaur Baxşəliyev məni bir saat əvvəl də çağırsa gedərəm. Çünki əlimdən tutan olub. Mənim yarım əsr yaşım var, niyə bir gün qalmış verilişə çağırılmalıyam ki? O Nigara desəydi ki, sən Bülənt Ərsoy deyilsən! Bunun hardasa yeri var idi. Çünki diva odur. Nigarı niyə aktrisa ilə müqayisə edirsən? Nigar Opera və Balet teatrında gənc Leylilərdən biridir. Onun dəyərini ölkəmizin prezidenti verib. Heç kim onun sözünün üstünə, söz deyə bilməz. Qız gənc yaşında əməkdar artist olub. Bu adı haqq edib. Onunla şəxsi münasibətim gözəldir, amma bu sözlərimin onunla tanışam deyə bizim münasibətimizə aidiyyatı yoxdur. Biz niyə öz sənətçilərimizi müdafiə etmirik?! Sağ olsun Röya xanım. Ay Rövşanə xanım, bəlkə sənin üçün Hülya Avşar divadır, amma kimin üçünsə adi bir aktrisadır, sadəcə olaraq naxışı gətirib. Biri ilə səni müqayisə etmək adamı aşağılamaqdır. Mən bu sözləri ona telefonda da deyə bilərdim, amma o bu sözləri efirdə dediyi üçün, mən də sosial şəbəkədə paylaşım etdim. Vaxtilə məni də verilişinə dəvət edib deyirdi ki, səni xınaya kim çağırır? Niyə baha gedirsən?! Hamının zövqü səninki kimi olmalıdır? Onda mən də qalxım deyim ki, sən niyə bu qədər kanal dəyişirsən?! Zaur Baxşəliyev 20 ildir ki, bir kanalda işləyir. Nigara təəccübləndim ki, o susdu. Çünki tanıyıram onu, kifayət qədər hörmətli, nüfuzlu insanların çevrəsində olan biridir. Nigar necə səbrini basdısa, mən təəccüblənirəm. Nigara səbr medalı vermək lazımdır" deyə Nazilə Səfərli bildirib.

Şairə daha sonra bu günki təşəbbüsündən də danışdı.

"Ehsan verib paylaşmaq təbliğatdır, bu pis bir şey deyil. Ac qarın doydurmağın nəyi pisdir ki? Biz bu gün 166 təmizlik xidməti ilə birləşib bir məscidin təmizliyini etdik. Təşəbbüs məndən gəldi. Amma hələ paylaşım etməmişəm. Bunu hələ heç kim etməyib. Mən ümumiyyətlə izlə getməyi sevmirəm. Məscidin çılçıraqlarını, xalçalarını, bir sözlə hər yerini təmizlədik. İnsanlar oradakı xalçalara alınlarını qoyur, səcdə qılırlar. Hər yer təmiz olmalıdır. Kimsə məni buna görə qınaya bilər ki, gedib məscid təmizləmişəm? O vaxt müharibə başlayanda ordumuza 5 min ianə etdim, 2 gün sonra işdən qovuldum. Mədəni şəkildə dedilər ki, müqaviləni uzatmaq istəmirik. Mənə bir təşəkkür etmədilər ki, kanalda səndən başqa heç kim bu qədər ianə etməyib. 5 min bizim orada yarım illik maaşımız idi. Bir gecədə 300 kilo əti kasıblara paylamışam, səhərə qədər yatmamışam, sabahı gün söyülmüşəm. Mənim ömrü boyu əməyim əlimdə qalıb" deyə sənətçi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm