“Başımdakı meyvələrlə fəxr edirəm” - Elza Seyidcahan
Bizi izləyin

Magazin1

“Başımdakı meyvələrlə fəxr edirəm” - Elza Seyidcahan

“Bizimləsən” verilişində qonaq olan Əməkdar artist Elza Seyidcahan canlı efirdə gərgin anlar yaşayıb.

Publika.az xəbər verir ki, buna səbəb Roman adlı şəxsin geyimi olub.

Belə ki, Seyidcahan iştirakçının fəsilə uyğun geyinmədiyini deyərək qarşı tərəfi tənqid edib. Lakin bu sözlər Romanın heç də xoşuna gəlməyib. Bəstəkarın iradına cavab olaraq iştirakçı “Mən başımda meyvəylə gəzmirəm ki...” – deyə sərt sözlərdən istifadə edib.

Romanın reaksiyasına cavab olaraq isə bəstəkar bu cavabı verib:

“Mən başımdakı meyvələrlə həmişə fəxr edirəm. O, bir sənətkarın obrazıdır. Hər halda üzr istəyirəm, bədəninizə döymə etdirməkdənsə... Bədənini bu hala salmaqdansa, başına meyvə qoysaydın, ondan min dəfə yaxşı olardı”. (olay.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm