Təranənin qızı İSRAR EDİR: Anamla görüşməyəcəm
Bizi izləyin

Magazin1

Təranənin qızı İSRAR EDİR: Anamla görüşməyəcəm

Bu gün prodüser Təranə Səmədovanın növbəti məhkəməsi keçiriləcək. Qanuni nümayəndə kimi iştirak etməliyəm. Böyük qızı ümumiyyətlə məhkəməyə gəlməkdən imtina edir, balaca isə çox kiçikdir. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim. Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf... Amma kaş ki, son şans verilə və cəzasını evdə çəkə. Balaca qızının ona çox ehtiyacı var.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial mediada yazıb. K.Ağazadə əlavə edib ki, Təranə Səmədovanın böyük qızı Suel ilə münasibətləri yaxşı deyil.

Xatırladaq ki, Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün yenidən saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməsə də, prodüser bir müddət sonra yenidən cinayət əməli törətdiyi məlum olub.

2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm