"Allah məni öldürsün, evimi yıxsın" - Yusif Mustafayev - VİDEO
Bizi izləyin

Magazin1

"Allah məni öldürsün, evimi yıxsın" - Yusif Mustafayev - VİDEO

"Sosial şəbəkədə yazırlar ki, pulu sələmə verir. Buradan deyirəm ki, sələmə pul verirəmsə, Allah məni öldürsün, evimi yıxsın. Mən insanlara əl tutmuşam. Bunu deyənlərə lənət olsun".

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı" verilişində deyib. Bir neçə gün əvvəl dostlarının ona 120 min manatdan çox borcunun olduğunu açıqlayan sənətçi çağırışdan sonra məbləğin bir qismini geri aldığını bildirib:

"Uşaq olanda anam həmişə deyirdi ki, çalış yaxşılıq elə. Elə bilirdim ki, anamın sözüdür. Sən dəmə, atalar sözü imiş... Verilişdə deyəndən sonra yavaş-yavaş borcumu qaytarmağa başlayıblar, sağ olsunlar. Yenə də deyirəm, kim verməsə, adını efirdə çəkəcəyəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm