Röya: Bu yaxınlarda elə şeylər yaşanılacaq ki... - VİDEO
Bizi izləyin

Magazin1

Röya: Bu yaxınlarda elə şeylər yaşanılacaq ki... - VİDEO

Məhəbbət mənim üçün qəşəng bir filmdir. Və mən onu qəşəng oynayıram. Sevgi də, pul da mənə lazımdır. Sevgi insana pul gətirir. Mən pulsuz sevgini neynirəm? Məncə, ikisi bir yerdə olmalıdır. Mənim üçün harda sevgi varsa, orda pul var, harda pul varsa, orda sevgi var.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan Rəhman Bağırovun "O, yoxsa bu" ytub layihəsində qonaq olarkən deyib. Sənətçi həm də etiraf edib ki, həm konsertlərdən, həm də toylardan yaxşı qazanır:

"Hər ikisində qazancım başqa şeylər gətirir. Konserti daha böyük proyetklərə imza atmaq üçün verirəm, daha fəal olmaq üçün. Çünki toyun miqyası o qədər geniş deyil. Odur ki, hər ikisi lazımdır", - artist etiraf edib.

Müğənni həm də qeyd edib ki, rəqibi yalnız özüdür:

"Düşünürəm ki, özüm-özümə rəqibəm. Özüm-özümlə rəqabət aparıram. Ümumiyyətlə, xasiyyətimdə kimləsə yola çıxmaq deyə bir şey yoxdur. Sevinərəm ki, kiminsə etdiyi yaxşı bir işi görüm və ondan da yaxşısını edim. Amma əlbəttə ki, sevdiyim və işinə hörmət etdiyim sənətkarlar da var".

"Haqsız sözlərə anında cavab verib susdurursunuz, yoxsa məqamı gözləyirsiniz" sualına isə Röyanın cavabı belə olub:

"Bəzi hallarda yerində cavab verirəm, bəzi hallarda məqamı gözləyirəm. İki Röya var içəridə. Yaşa dolmuş o biri Röya deyir ki, bir gözlə. Bu yaxınlarda bir çox şeylər yaşanılacaq ki, yenə də 100 faiz müzakirələrə səbəb olacaq. Mən susduğuma görə, uddum".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm