“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
Bizi izləyin

Magazin1

“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO

"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin treyleri Vətən müharibəsi şəhidlərinə ithafən bu gün yayımlanıb.

Publika.az xəbər verir ki, bu barədə Atabəylər.az "Instagram" səhifəsində paylaşım edilib.

Paylaşımda bədii-sənədli filmin kino üslubunda çəkildiyi vurğulanıb.

"Film Atabəylərin tarixindən, müdrik idarəçiliyindən, cəsarətli mübarizələrindən və Azərbaycan dövlətinin necə qurulduğundan bəhs edir. Qara Sunqur və Şəmsəddin Eldəniz kimi tarixi şəxslərin Azərbaycan dövlətçiliyindəki rollarını daha dərindən anlamaq üçün bu film bədii-sənədli janrda çəkilib. Treylərin məhz bu gün paylaşılması 44 günlük Vətən müharibəsi şəhidlərinə ithaf edilir", - paylaşımda bildirilib.

Qeyd edək ki, filmin baş rollarını Zabit Səmədov, İlqar Mehdi və Mehriban Zəki canlandırıb. Quruluşçu rejissoru Məcid Güvəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm