Elgizdən həmkarına: "Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
Bizi izləyin

Magazin1

Elgizdən həmkarına: "Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"

"Bir aparıcı çıxıb deyir ki, aparıcıların evi, maşını var. Nə edim, traktorda gəzim?".

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər aparıcısı olduğu verilişdə deyib. O, həmkarlarından birinin aparıcıların mülklərini tənqid etməsindən danışıb:

"25 ildir bütün həyatımı televiziyaya həsr etmişəm. Azərbaycan xalqının ən çox baxdığı verilişlər aparmışam. Başa düşmürəm niyə maşınım olmasın? Yana-yana yazıb ki, aparıcıların yeni tikilidə evi, maşını var. Ağacda yatmalıyam? Dünənki uşağın maşını var. İşləyən adam niyə maşın almasın? Rusiyalı aparıcının Mayamidə iki villası var. Kimsə deyir niyə var? Acun Ilıcalıdan danışım, kimdən danışım? Verilişlərdə təzyiq tapmışam, nə böyük işlər görmüşəm. Deyir, filankəs yeni evdə yaşayır, maşın sürür. Utanmaz. Hərənin ağzından bir söz var. Şəklimi qoyub nələr yazırlar". (Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm