Magazin1
"Öpüş səhnəsi"nə çəkildiyimə görə narahatlıq yaşamadım" - "Əqrəb mövsümü"nün aktrisası - VİDEO
"Mən bu cür fikirlər səslənsin və qalmaqal yaransın deyə "Əqrəm mövsümü" serialına çəkilməmişəm. Orada üç xanım obrazı vardı. Onların arasında da məni seçdilər. Mentalitetimizin düşüncəsi elədir ki, serial və filmlərdə öpüş və yaxınlıq səhnələri olmaz. Amma türk seriallarında həmin səhnələrə baxmaq üçün efirdə yayımı bitəndən sonra həmin səhnəyə "YouTube"da da açıb baxırlar. Azərbaycanda isə daş-qalaq edirlər".
Publika.az xəbər verir ki, bu sözləri "Əqrəb mövsümü" serialında Nailə obrazını canlandıran aktrisa Şəhanə Rzayeva qonaq olduğu "Özəl" verilişində deyib.
Rzayeva vurğulayıb ki, onu qınayanlar arasında sözügedən səhnələrə çəkilən aktrisa da olub:
"Mədəniyyət və İncəsənət Universitetində dərd deyən Əməkdar artistlərimiz çəkildiyim o "öpüş səhnəsi" haqqında çox pis rəylər yazdılar. Buna isə mən çox təəssüf etdim. Hətta bu cür səhnəyə çəkilən bir aktrisamızdan bu cür fikirlər almaq xoş olmadı. Düşünürəm ki, bu cür stereotipləri qırmaq lazımdır. "Əqrəb mövsümü" serialı niyə bu qədər sevildi? Çünki orada hər şey açıq-aydın və çox səmimi idi. 12 bölümdən ibarət bir serialdan. Orada sadəcə 15 saniyəlik səhnəni böyütdülər, şişirtdilər. Bunun belə olacağını da mən gözləyirdim. Buna görə heç bir narahatlıq yaşamadım. İnanıram ki, azərbaycan kino sahəsi çox yaxşı bir mərhələyə gələcək, inkişaf edəcək".
Qeyd edə ki, "Əqrəb mövsümü" serialında sözügedən "öpüş səhnəsi" efirə getməsə də, serialın yutubdakı yayımlanan versiyasında aktrisa Şəhanə Rzayeva və Əli Əlizadənin öpüşdüyü anların yayımlanması gözdən yayınmayıb.
(Olay)
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı